Qanunsuz süxur daşıyan şəxs cərimə olunub

Sosial şəbəkələrdə Ağdam rayonunun Yuscanlı kəndi ərazisində süxurların daşıması barədə məlumat yayılıb.

Gununsesi.info-nun sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığındakı ərazidə süxur daşınması ilə bağlı daxil olmuş şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Faktla bağlı iş icraçısı Mehdi Rəcəbov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub və qanuamüvafiq tədbirlər görülüb.

Ərazidə qazıntı işləri dayandırılıb.

 

Gununsesi.info