Qanunsuz yollarla ölkəni tərk etmək istəyən FETÖ-çülər həbs olundu.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində qanunsuz yollarla sərhədi keçməyə çalışan 9 nəfər həbs olunub. Onların FETÖ terror təşkilatına xidmət etdiyi məlum olub.
Verilən məlumatlara görə, piyadalar Meriç əyalətinin Serem kəndi yaxınlığında sərhədi qanunsuz şəkildə keçməyə cəhd ediblər. Sərhəd nəzarətçiləri vəziyyətin fərqinə vardıqları zaman onları polis bölməsinə təhvil veriblər. Ölkəni tərk etməyə çalışan 9 nəfərin FETÖ terror təşkilatına xidmət etdiyi məlum olub. Onlardan 6-sının ölkə xaricinə çıxma qadağası olan məmurlar olduğu üzə çıxıb.
Gununsesi.info