Qanunun icrasına nəzarəti yəqin ki, İqtisadiyyat və Gənclər və İdman nazirlikləri həyata keçirəcək - Vahid Əhmədov

  • By admin
  • 17 Dekabr 2021 17:41

“Bu sahədə şəffaflığın təmini ilə bağlı mexanizmin yaradılması vacibdir”.

Bunu bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.

HTML tutorial

V.Əhmədov deyib ki, qanunun icrasına da nəzarət lazımdır: “Qanunun icrasına nəzarəti yəqin ki, İqtisadiyyat və Gənclər və İdman nazirlikləri həyata keçirəcək. Bu, kifayət qədər gəlirli sahədir. Gedib Gürcüstanda, Pribaltika ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər. Ona görə də Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır. Ümumilikdə, bu qanunun qəbulu vacibdir”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının 2019-cu ildə “Azərlotereya” ASC-də apardığı audit yoxlamaları zamanı ASC-nin gəlirlərinin 6 milyon manat olduğu, büdcəyə də 2 milyon manat vəsaitin daxil olduğu üzə çıxıb: “Ancaq iqtisadiyyat nazirinin müavininin də açıqladığı kimi, 2019-cu ildə mərc oyunları ilə bağlı “qara bazar”ın həcmi 700 milyon manat olub. Bu, kifayət qədər böyük vəsaitdir. Məqsəd də bu kimi halların aradan qaldırılmasıdır”.

Gununsesi.info