Tanınmış ictimai fəal Samir İsmayıl deputat Rüfət Quliyevin paytaxtda yol verdiyi bir sıra qanun pozuntularını müşahidə edib.
Gununsesi.info onun sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:
“Dünən deputat Rüfət Quliyevi şəhərin coffee shop-ların birində gördüm. Qapalı məkana maskasız girdi. Masa arxasında yerli vətəndaşlarla rus dillində danışırdı. Salonda siqaret çəkməklə, Milli Məclisin qəbul etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərini pozurdu. Masanın üstündə aksiz markası olmayan Marlboro qutusu var idi. Qeyd edim ki, Marlboro-nun istehsalçısı Philip Morris şirkəti Azərbaycanda təmsil olunmur. “Bütün siqaretlər eynidir, yalnız adı və qutusu fərqlidir” fikirinin müəllifinin, özünün istehsal etdiyi “European Tobacco – Baku” məhsullarını istifadə etməməsini görmək çox maraqlı oldu”.
Gununsesi.info