Yağan güclü qar nəticəsində işıqsız qalan Lerik rayonunun 50-yə qədər kəndinə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb.
Gununsesi.info-nun məlumata görə, dünən axşamdan başlayaraq cənub rayonlarına güclü qar yağır.
Gecə saatlarında havanın temperaturu 2-3 dərəcə şaxtadan 9-11 dərəcə şaxtayadək enib.
Lerik Rayon Fövqalədə Hallar Komissiyasının sədr müavini Əflatun İbrahimov bildirilib ki, rayon mərkəzində qarın qalınlığı 10 sm, Piran ərazisində isə 25 sm təşkil edir. Yüksək ərazilərdə isə qarın hündürlüyü daha çoxdur. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılsa da, yenidən rayonun bir neçə kəndi işıqsız qalıb. Bu dəfə qarın yağması elektrik təsərrüfatında fasilələrin yaranmasına səbəb olub. Qarın ağırlığına tab gətirməyən dirəklər aşıb, naqillər qırılıb. Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb. Hazırda elektrik enerjinin bərpası istiqamətində briqadalar işləyir, günün sonuna kimi elektrik enerjinin bərpası təmin olunacaq
Lənkəran-Lerik yolunda isə hərəkət hələ ki, normaldır. Buzlaşan ərazilərdə lazımi tədbirlər görülür.