Qar təmizləyən qadını maşın vurdu, öldü – Bakıda faciə

  • By admin
  • 05 Fevral 2017 11:48

912891EB-C946-4A32-B940-2B508873AF30_w610_r1_s

 

Bakıda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info