Qar uçqunu 2 nəfərin həyatına son qoydu

Qar uçqunu 2 nəfərin həyatına son qoydu

Fransanın şərqində Savoya departamentində qar uçqunu baş verib.

Gununsesi.info xəbər verir ki, qar uçqunu nəticəsində 43 yaşlı Paris sakini və onun 11 yaşlı qızı həlak olublar. Onların cəsədi 2 min 930 metr hündürlükdə aşkar olunub.

İnsanların ölümü ilə bağlı Albervil şəhər prokurorluğunda istintaq başlanıb.

Gununsesi.info

COMMENTS