Fransanın mərkəzi hissəsindəki Klermon-Ferran şəhərində qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, yerli mətbuatda yayılan məlumatlara görə, dünən yerli vaxtla saat 14:00-da şəhərin turistik bölgələrindən biri olan Puy-de-Domedəki Sansi massivində qar uçqunu baş verib.
Yerli hakimiyyət orqanları Vichy Fransız Alp Klubunun (CAF) üzvləri və onları müşayiət edən bələdçinin xizək sürərkən qar uçqunu altında qaldığını qeyd edib.
Clermont-Ferrand Prokurorluğu uçqun altında qalan 4 nəfərin cəsədinin tapıldığını, 1-i yaralı olmaqla 3 nəfərin xilas edildiyini bildirib.
İtkin düşən 2 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Gununsesi.info