Kosovonun cənub-şərqindəki Brezovitsa xizək kurortunda qar uçqunu olub.
Gununsesi.info xəbər verir ki, Kosovo polisinin Ferizaj bölgəsi üzrə sözçüsü Kanun Veseli dünən saat 15.35 radələrində Brezovitsa şəhərinin “Qartal yuvası” ərazisində xizək sürən bir şəxsin qar uçqunu nəticəsində öldüyü barədə məlumat aldığını təsdiqləyib.
Yerli mətbuatda uçqun nəticəsində ölən xizəkçinin 54 yaşlı ABŞ vətəndaşı Katerine Riqbi olduğu qeyd edilib.
Xəbərdə hadisənin Riqbinin həyat yoldaşı ilə xizək sürərkən baş verdiyi bildirilib.
Kosovonun ən əhəmiyyətli xizək kurortu olan Brezovica Kosovo ilə Şimali Makedoniya arasında təbii sərhədi təşkil edən və təxminən 2500 metr hündürlükdə 30 zirvəsi ilə Balkanların ən yüksək dağları arasında olan Şar dağlarında yerləşir.
Gununsesi.info