Qar yağmasına baxmayaraq, etiraz aksiyası davam edir - FOTOLAR

  • By admin
  • 08 Yanvar 2023 14:45

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 28 gündür davam edir.

Gununsesi.info xəbər verir ki, qar yağmasına baxmayaraq etirazçılar üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Həmçinin, etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin edilir və yol humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa şəhərinə ötən gecədən başlayaraq qar yağır.




Gununsesi.info