
Bakıda qanunsuz valyuta satışı ilə məşğul olan şəxs cərimələnib.
Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən (1 dollar 1,83 AZN-ə) Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Gununsesi.info