“Qara bazar”da dollar satan müəyyən adamlar saxlanılıb - MƏDƏT QULİYEV

  • By admin
  • 12 Dekabr 2016 11:00
medet
“Azərbaycanda dolların “qara bazarı” var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istıqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”, – M.Quliyev əlavə edib.

M.Quliyev onuda qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib.

“Bu istiqamətdə Azərbaycanın xususi xidmət orqanları tək işləmir. Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik, onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahli müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb”.

Gununsesi.info