“Qara bazar”da dolların qiyməti qalxdı

  • By admin
  • 30 Mart 2017 10:28

dollar-kredit

Ötən gün dolların rəsmi məzənnəsinin artmasından sonra bu gün “qara bazar”da dollar bahalaşıb. 

Gununsesi.info xəbər verir ki, bu haqda məlumatı fins.az yayıb. Saytın əldə etdiyi xəbərə görə, səhər saatlarında dolların alışı 1.7200-1.7250 manata, satışı isə 1.7400 manata  kimi yüksəlib.

Xatırladaq ki, ötən gün “qara bazar”da dolların alışı 1.7100 manat, satışı isə 1.7250-1.7300 manat olmuşdu.

Gununsesi.info