Qara dənizdə qasırğa Türkiyəyə məxsus yük gəmisini batırıb.
Gununsesi.info bildirir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Əlverişsiz hava və dəniz şəraiti səbəbindən İzmirə getmək üçün limandan ayrılan Türkiyə bayraqlı “Kafkametler” adlı quru yük gəmisi dalğaqırana çırpılaraq sürüklənərək batıb. Gəmidəki 12 türkiyəli ekipaj üzvü ilə hələ də əlaqə qurulmayıb. Sahil Mühafizə Komandanlığı, Dəniz Qüvvələri, AFAD, Sahil polisi, jandarma, polis və yanğınsöndürmə briqadası hazır vəziyyətdədir. Əlverişsiz hava şəraiti yaxşılaşdıqdan sonra dərhal axtarış-xilasetmə işlərinə başlanılacaq. Yenə bu gün günorta saatlarında AFAD-ın ictimaiyyətlə paylaşdığı kimi, limanda bağlı vəziyyətdə qalan Kamerun bayraqlı ‘Pallada’ adlı yük gəmisi kəndirinin qırılması səbəbindən quruya sürükləndi. Gəmidə olan 13 ekipaj üzvü yanğınsöndürənlər tərəfindən xilas edilib. Başqa bir gəmi, Kamerun bayraqlı “Sormonsky 45” yük gəmisi də ipi qırıldıqdan sonra dartılıb və 12 ekipaj üzvü ilə liman yedək gəmisi tərəfindən xilas edilib”, – deyə nazir bildirib.
Bundan əlavə, Əli Yerlikaya ölkənin böyük bir hissəsini təsir edən əlverişsiz hava şəraiti nəticəsində 2 vətəndaşın həyatını itirdiyini, 50 vətəndaşın isə yaralandığını açıqlayıb.
Gununsesi.info