Qara “Mercedes”lə Ağ Evə girmək istədi

  • By admin
  • 21 Noyabr 2019

ABŞ Məxfi Xidmət Orqanının əməkdaşları qara avtomobillə Ağ Evin ərazisinə girməyə cəhd göstərən şəxsi yaxalayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində yazılıb.  Qara Texas ştat nömrəli “Mercedes-Benz” günorta saatlarında Ağ Evin ərazisinə girməyə çalışıb. Bundan əvvəl Məxfi Xidmətə Ağ Evə gedən küçələrin birində şübhəli maşının görünməsi haqda məlumat daxil olmuşdu.

İnsidentdən sonra Pensilvaniya prospekti bağlanıb. Hadisənin detalları araşdırılır.

 

Gununsesi.org