
Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.
Gununsesi.info-nun məlumatına görə, “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən bildiriblər ki, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.
Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (“8-ci kilometr bazarı”) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində (“Laçın” ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.
Gununsesi.info