Qara tülə bükülən şeyxin ölümü barədə şok iddialar üzə çıxdı

  • By admin
  • 12 Dekabr 2019

Məlum olduğu kimi, ötən ilin iyul ayında Şarja əmirinin oğlu Şeyx Xalid bin Sultan əl-Qasim Londondakı evində ölü tapılmışdı. Onun cəsədi qara tülə bükülərək, son mənzilə yola salınıb. 

Bütün dünyanın diqqətinə mərkəzində olan bu mərasim söz-söhbətə səbəb olmuşdu. Deyilənə görə cəsədin bu cür bükülməsi ailədən gələn bir növ ənənədir. 

Gununsesi.org musavat.com-a istinadən xəbər verir ki, bu günlərdə isə İngiltərə ədliyyəsi tərəfindən aparılan istintaqın təfərrüatları məlum olub. İstintaq nəticəsində  Şeyx Xalid bin Sultan Əl-Qasimin yüksək dozada cinsi istəyi artıran həblərdən istifadə etdiyi məlum olub. Məlumata görə onun ölüm səbəbi elə bu amil olub.

İstintaq hesabatında 39 yaşlı Şeyx Xalid bin Sultan əl-Qasim son saatları Yohan Eskobar adlı bir şəxslə keçirdiyi də məlum olub. Lakin açıqlamada onların arasında hər hansı bir yaxınlıq olduğu barədə heç bir məlumat bildirilməyib.

Məlumata görə şeyx Xalid bin Sultan əl-Qasimini ölü halda ilk görən evində təmizlik işçisi işləyən Maria Kisaohanyan olub. O, şeyxin yuxudan oyanmadığın görüb, nəbzini yoxlayıb və onun öldüyünü anlayıb.

Araşdırmlarda şeyxin narjotik istifadəçisi olduğu də məlum olub. Bu səbəbdən başladılan istintaqa qohumları ifadə verməkdən yayınıb.

Xatırladaq ki, Qasiminin ölümündən əvvəl rəhbəri olduğu “Qasimi” adlı (qadın və kişi) modalar evinin işçiləri İngiltərə KİV-nə danışmışdılar.  Onlar 39 yaşlı şeyxin evində günlərlə seks partiləri təşkil etidiyini demişdilər.

Heroin istifadəçisi olduğu deyilən şeyx üçün işçiləri bunları demişdi: “Rəftarları həqiqətən balanssız olardı. Lakin ümumi olaraq yaxşı bir adam idi, sərt, lakin sadə idi”.

Adı açıqlanmayan digər bir işçi şeyxin narkotik istifadə və cinsi əlaqə partisinin təşkili səbəbindən günlərlə yatmadığını dilə gətirib: “Hər gün qızlarla, dostları ilə evində seks partisi təşkil edirdi. Bu tədbirlərdə heroindən istifadə edirdi. Buna baxmayaraq, o, bir canavara çevrilirdi”.

 

 

Gununsesi.org