Qarabağ əlili maşını aşırdı - Özü öldü, 3 nəfər yaralandı

  • By admin
  • 17 Sentyabr 2016 14:30

qeza5

Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

HTML tutorial

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.
Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlu idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobili yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.
T. Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildəki sərnişinlər – sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info