“Qarabağ” 8 pillə irəlilədi

  • Müəllif: admin
  • 24 Avqust 2017 15:06

575394

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə ilk dəfə yüksələn “Qarabağ” 8 pillə irəliləyib.

Belə ki, 8.500 xalı olan Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb. Azərbaycan çempionu  “Milan”, “Betis”, “Real-Sociedad”, BATE, “Trabzonspor”, “Young Boys” , Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.

Gununsesi.info