Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk matçından əvvəl mətbuat konfransı keçirilib.
Gununsesi.info xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları deyib:
““Qarabağ”ı təhlil etmişik. Avropada kifayət qədər məşhur komandadır. Sabah bizi möhtəşəm oyun gözləyir. Hər iki komandanın şansları eynidir. “Qarabağ”a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. “Qarabağ”ın son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var”.
Gununsesi.info