“Qarabağ” Avstriyaya yollanır

  • By admin
  • 16 İyun 2017 09:12

1497592634-7524

Növbəti mövsümün hazırlığını davam etdirən “Qarabağ” dünən toplanışın ilkin mərhələsini başa vurub.

Gununsesi.info xəbər verir ki, “Bakı”yla yoxlama matçından sonra baş məşqçi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət verib.

Komanda bu gün hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.

Xatırladaq ki, “Qarabağ” mübarizəyə iyulun 11-12-də start götürəcək Çempionlar Liqasının II təsnifat mərhələsində başlayacaq.

Gununsesi.info