“Qarabağ” – “Ayntraxt Frankfurt” oyununa satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” oyununa 24 500 bilet satılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

 

Gununsesi.info