“Qarabağ Azərbaycan ərazisidir”  - MAKRON

  • By admin
  • 22 Noyabr 2020 20:06

Azərbaycanın apardığı 44 günlük vətən müharibəsi müddətində daima Ermənistanı müdafiə edən Fransa Prezidenti Emanul Makron ermənilərin gözləntilərini doğrultmayıb.

Gununsesi.info xəbər verir ki, o, “Instagram” hesabının hekayə bölməsində paylaşdığı videoda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.

Makron bildirib:

“Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ və ətraf 7 rayon BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır”.

Gununsesi.info