“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - PUTİN

  • By admin
  • 17 Noyabr 2020 21:57

“Beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib.

Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb.

 

 

Gununsesi.info