“Qarabağ Bakıda Çelsini 7-0 məğlub etsin” - BRİTANİYALI NAZİR

  • By admin
  • 14 Sentyabr 2017 19:57

501483c3f40c6faec665e9c6806f9129

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına “Çelsi”ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, “Çelsi-Qarabağ” oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq”.

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: “Onun adı Britaniyanın futbol tarixinə yazılıb”.

Gununsesi.info