“Qarabağ” Avropa Liqasında “Bayer”lə Leverkuzendə keçiriləcək cavab oyunu üçün bu gün saat 18:15-də çarter reysi ilə Kölnə uçub.
Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisi Kölndən avtobusla Leverkuzenə yollanacaq.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək. Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Gununsesi.info