Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlifçaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kompleksinin idarəolunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.