“Qarabağ” bolqarıstanlı oyunçu ilə yollarını ayırıb

  • By admin
  • 20 Dekabr 2019 20:04

“Qarabağ” klubu futbolçusu Simeon Slavçevlə yollarını ayırıb.

Gununsesi.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci il iyulun 5-də “Qarabağ”a keçib. Bolqarıstanlı oyunçu ilə 3 illik müqavilə imzalanmışdı.

 

Gununsesi.org