“Qarabağ” bu göstəricidə Avropada LİDERDİ

  • By admin
  • 07 Noyabr 2022 10:04

“Qarabağ” cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.

Gununsesi.info xəbər verir ki, “köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.

Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Son olaraq “Düdelanj” Lüksemburq çempionatının XI turunda “Svift Hesperange”yə 0:4 hesabı ilə yenilib. “Panatinaikos” isə Yunanıstan Super Liqasının XI turunda “Olimpiakos”la bərabərə qalıb – 1:1.

Qeyd edək ki, noyabrın 9-da oynanılacaq “Turan Tovuz” – “Qarabağ” qarşılaşması saat 14:30-da başlayacaq.

Gununsesi.info