“Qarabağ” bu gün “Olimpiakos”la qarşılaşacaq

  • By admin
  • 06 Oktyabr 2022 09:06

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, “köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransa “Nant”ını qəbul edəcək.

Gununsesi.info