“Qarabağ” bu mövsüm ilk dəfə xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, turun son matçında “Sabah” “Qarabağ”ı qəbul edib. “Bank Respublika Arena”da oynnaılan görüş qolsuz heç-heçə ilə başa çatıb.

HTML tutorial

Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən “köhlən atlar” hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”a 4:2, “Zirə” “Səbail”a 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib, “Kəpəz” isə evdə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.

Gununsesi.info