“Qarabağ” çətin durumda, PAOK udur

  • By admin
  • 08 Dekabr 2016 21:13

qa

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulur.

Gununsesi.info-nun Qol.az-a istinadən məlumatına görə, təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxır.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edir.

Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK – “Slovan” oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.

Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.

Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.

Gununsesi.info