Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

18 İyul 2017 - 14:42

“Qarabağ” cavab oyunu keçirəcək

08

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyunu keçirəcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Tbilisi şəhərindəki Boris Payçadze adına Dinamo Arenada keçiriləcək qarşılaşma saat 21.00-da start götürəcək. Oyunu isə Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşün baş hakimi Srdjan Jovanoviç olacaq. Ona həmyerliləri Uroş Stojkoviç və Milan Mihajloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Marko Popovic yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharia, hakim-inspektoru isə macarıstanlı Laslo Vaqner olacaq.

Qeyd edək ki, “Samtredia” (Gürcüstan) – “Qarabağ” komandalar arasında keçirilən ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qələbə qazanıb.

Anar

Gununsesi.info





loading...