“Qarabağ”- “Çelsi” matçı üçün nəzərdə tutulan biletlərin 50 faizindən çoxu satılıb

  • By admin
  • 09 Noyabr 2017 16:12

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Gununsesi.info