“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı  - VİDEO

Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.

Kiprdə keçirilən qarşılaşmanın 90 dəqiqəsində hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə hissələr oynanılıb. Lakin bu müddətdə də qol vurulmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Norveç təmsilçisi növbəti mərhələyə yüksəlib. Ağdam klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi
16 sentyabr

21:00. Qarabağ – Molde – 0:0 (Penaltilər seriyası – 5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. “AEK Arena”.

Gununsesi.info