“Qarabağ” Çexiyaya yollandı

  • By admin
  • 22 Avqust 2022 11:03

“Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya gedib.

Gununsesi.info xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi keçiriləcək.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.

Gununsesi.info