Qarabağ Dirçəliş Fondu marafonlar təşkil edəcək

  • By admin
  • 19 Yanvar 2021 15:46

Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək.

 

Gununsesi.org xəbər verir ki, bu, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək Fondun hüquqları sırasına daxil edilib.

Gununsesi.org