“Qarabağ erməniləri bizimlə bir yerdə adam balası kimi yaşamağı öyrənməlidirlər”

Artıq Ermənistan cəmiyyəti “Müstəqil Artsax Respublikası” mifinə inanmır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

HTML tutorial

O, rusiyalı politoloq Aleksey Malaşenkonun “sülhməramlıların Qarabağdan çıxarılması mövzusu hər zamankından daha çox real görünür” ifadəsinə münasibət bildirib.

Hazırki şəraitdə vaxtından əvvəl sülhməramlıların Qarabağı tərk etməsi nə dərəcədə realdır?

Politoloq bildirib: “Əvvəla onu qeyd edim ki, sülhməramlılar Qarabağdan çıxsa azərbaycanlılar orada yaşayan ermənilərə qarşı hər hansı zorakılıq tətbiq edəsi deyil.

Əli qana batmış – Xocalı faciəsində iştirak etmiş, müharibədə azərbaycana qarşı vuruşmuş, Qarabağda təxribata əl atmış erməniləri çıxmaq şərti ilə Xankəndidə, Ağdərə yaşayanlar Azərbaycan vətəndaşlığın qəbul edəcəklərsə, onlarla normal yaşamaq olar.

Belə hesab edirəm ki, rus sülhməramlı tələm-tələsik şəkildə Qarabağdan çıxa bilməzlər. Onların konkret olaraq fəaliyyət müddəti var və bu müddət tamamlanmamış gedəcəklərinə inanmıram.

Hələki Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi prosesi başlanmayıb. Bir neçə nəfərdən başqa onların heç biri açıq şəkildə fikir ortaya ata bilmirlər. Evlərini satıb Qarabağdan çıxanların sayı az olmasa da onların köçü hələki real görünmür”.

Qabil Hüseynli qeyd edib ki, Qarabağda yaşayan ermənilərin qarşısında iki seçim var:

“İlk seçim odur ki, onlar vətəndaşlığımızı qəbul edib Azərbaycan qanunlarına əməml edərək hər bir azərbaycanlı kimi eyni hüquqa malik olsunlar. Azərbaycan bu məsələdə azərbaycanılarla ermənilərin sülh şəraitində yaşaması üçün əlindən gələni edəcək.

İkinci seçim isə onların könüllü şəkildə Qarabağı tərk etmələridir. Onlar heç bir seçimi qəbul etməsələr Azərbaycan cəmiyyətinin müqaviməti ilə rastlaşacaq, onlara qarşı tolerant, multikultural münasibətlərin bəslənməsi o qədər də asan olmayacaq. Hər şey ermənilərin davranışından və beynəlxalq normalara əməl etməsindən asılıdır. Azərbaycanlılar onlara əks reaksiya kimi adekvat cavab verməyi bacarır.

Azərbaycanın müstəqilliyinə göz dikən dövlətlər hər zaman erməniləri qızışdırıb Azərbaycanın üzərinə göndərə biliblər. 1905-1907-ci illər, 1918-1920-ci illər və 1988-ci ildən bugünkü günümüzə qədər erməni separatizmi ilə müşayiət olunan, sonra isə aqressiya və təcavüzə keçən erməni işğalı buna bariz nümunədir.

Biz ermənilərə qarşı zorakılıq, işğalçılıq etməmişik. Ancaq mən tarixdən ən azı üç misal çəkə bilərəm ki, rusların köməyi ilə gəlib Qarabağda məskunlaşdıqdan sonra azərbaycanlılara qarşı düşməni münasibətlər bəsləməyə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə başlamış və sonda müharibə ilə nəticələnmişdir.

Hazırda münasibətlər sadələşməyə doğru gedir. Azərbaycan ərazi bütövlüyünün təmin olunması üzrə siyasətini davam etdirir. Ermənilərin dənizdən-dənizə “böyük Ermənistan” arzuları, ikinci erməni dövləti – “Müstəqil Artsax Respublikası” yaratmaq xəyalları puç oldu və Ermənistan cəmiyyəti belə artıq bu cür miflərə inanmır. Yeni şəraitə və yeni reallıqlara uyğunlaşıb adam balası kimi yaşamağı öyrənməlidirlər”.

Gununsesi.info