Qarabağ erməniləri ilə növbəti görüş Bakıda keçirilə bilər

Azərbaycan Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Administrasiyası məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info