“Qarabağ” Gürcüstan millisinin qapıçısını öz heyətinə qatıb

“Qarabağ” klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, L.Quqeşaşvili ilə müqavilə imzalanıb. 22 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

Luka Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti “Qarabağ”a məxsusdur.

Gununsesi.info