Qarabağ icması çağırış yaydı

“Azərbaycanın işğal altında olan ərazilərində ordumuz tərəfindən ağır məğlibiyyətə uğradılan düşmən bütün platformalarda xalqımıza qarşı aqressivlik nümayiş etdirir. İnformasiya cəbhəsində də sarsıdıcı zərbələr alan ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin  sosial şəbəkə, xüsusən də Twitter hesablarına kütləvi hucumlar həyata keçirirlər”. 

Bu barədə Gununsesi.info-ya icmadan məlumat verilib.

HTML tutorial

“Bu xüsusda Twitter administirasiyasına hər gün saysız dərəcədə şikayətlər ünvanlanır. Təssüflər olsun ki, düşmən icma rəhbəri Tural Gəncəliyevin köməkçisi Samir Məmmədovun (www.twitter.com/SamirAhadoglu)Twitter hesabının bloklanmasına nail ola bilib. Sosial şəbəkə istifadəçisi olan ermənilər icmanın rəsmi hesablarına yazdıqları şərhlərdə bunu bayram etdiklərini və digər icma üzvlərinin də hesablarının eyni aqibətlə üzləşəcəyini bildirirlər.  

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması olaraq sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icma əməkdaşlarının hesablarını  dəstəkləməyə və S.Məmmədovun hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirərək, “Twitter” administrasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırırıq”.

Gununsesi.info