Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Gununsesi.info kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “İnter”dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
İyirmi dörd yaşlı hücumçu daha əvvəl “Neftçi”, “Xəzər-Lənkəran”, “Sumqayıt” və “İnter” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.
Ağabala Ramazanov “Qarabağ”ın Antalyada keçirilən təlim-məşq toplanışına qoşulub.
Gununsesi.info