“Qarabağ” klubu rəsmi himnini təqdim edib -Video

  • By ilhame
  • 26 Yanvar 2024 21:40

“Qarabağ” futbol klubu rəsmi himnini təqdim edib.

 

Gununsesi.info-ya Ağdam klubunun Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

 

Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.

 

Gununsesi.info