“Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununda uduzdu - YENİLƏNİB

  • By admin
  • 18 Avqust 2016 21:40

hqdefault

Ağdamın “Qarabağ” futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu İsveçdəki “Qamla Ullevi” stadionunda “Höteborq” komandası ilə qarşılaşır.

Oyunun baş hakimi polşalı Pavel Raçkovskidir. Ona həmyerliləri Radoslav Sieyka və Mixal Obişoviç kömək edirlər. Dördüncü hakim funksiyasını isə Tomas Kviatkovski yerinə yetirir.

Hakimlərin işinə uelsli Treflor Lloyd Hyus qiymət verir. Matçın UEFA nümayəndəsi isə hollandiyalı Yap Uilenburqdur.

Oyunun ilk dəqiqələri Ağdam klubunun üstünlüyü şəraitində keçir.

***

Qeyd edək ki, ikinci hissəyə daha fəal başlayan “Höteborq” istəyinə nail olub. Matçın 56-cı dəqiqəsində Mads Albek hesabı açıb. “Qarabağ” rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsa da, top qapıdan keçməyib.

Beləliklə, görüş 1:0 hesabı ilə “Höteborq”un xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Gununsesi.info