“Qarabağ” komandası Vətənə döndü

  • By admin
  • 01 Oktyabr 2021 09:06

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə “Omoniya”a qalib gəlmiş “Qarabağ” komandası Bakıya qayıdıb.

Gununsesi.info xəbər verir ki, futbolçuları gətirən təyyarə Bakı vaxtı ilə saat 7:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib. Hava limanında futbolçuları komandanın azarkeşləri, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş “köhlən atlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Gununsesi.info