“Qarabağ” lider oldu

  • By admin
  • 04 Aprel 2021 23:54

Aprelin 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Gununsesi.info  xəbər verir ki, turun sonuncu oyununda son çempion “Qarabağ” klubu “Keşlə”nin qonağı olub. “ASK Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

HTML tutorial

“Keşlə”nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. Oyunun 90-cı dəqiqələrində isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. “Qarabağ” isə 43 xalını qazanaraq “Neftçi”ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında “Sumqayıt” səfərdə “Neftçi”ni 2:0, “Sabah” isə evdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş “Səbail” – “Zirə” oyununda hesab açılmayıb.

Gununsesi.info