“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.
Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.
Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər – 4:0.
Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.
21:18
“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda növbəti qol qeydə alınıb.
Bakı Olimpiya Stadionundakı görüşdə yenə Azərbaycan çempionun fərqlənib.
Qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb – 3:0.
20:28
Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Azərbaycan çempionu rəqib qapısına yol tapıb.
Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib – 1:0.
20:02
Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1.
19:18
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək.
Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
19 iyul
20:00. “Qarabağ” – “Linkoln”
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu
***
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev(k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 99. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
“Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton
Gununsesi.info