Çempionlar Liqası: “Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 11 İyul 2023 21:34

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başa çatıb. 

Gununsesi.info xəbər verir ki, qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri 25-ci dəqiqədə Kike Qomeslə hesabı açsa da, 58-ci dəqiqədə Redon Cica bərabərlik qolunu vurub. Yasin Benzianın 90+4-cü dəqiqədə vurduğu qol isə ağdamlılara qələbə qazandırıb – 1:2.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

21:13

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan çempionu 58-ci dəqiqədə hesabı bərabərləşdirib.

Redon Cica Zubirin ötürməsindən sonra dəqiq oynayıb – 1:1.

20:25

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Gununsesi.info xəbər verir ki, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.

19:52

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.

Gununsesi.info xəbər verir ki, “Viktoriya” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

19:05

Komandaların start heyətləri açıqlanıb:

“Linkoln” 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

***

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Gununsesi.info xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.

Start fiti Bakı vaxtı ilə saat 19:30 veriləcək görüşü latviyalı hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
“Viktoriya” stadionu. Baş hakim:  Vitalijs Spasjonnikov

Gununsesi.info