General Polad Həşimovun ölümündən sonra Milli Məclisin qarşısında keçirilən “Qarabağa azadlıq” aksiyasında həbs olunaraq şərti cəza alan müxalif fəal Telman Seyfullayev bəraət alıb.
Bu barədə Gununsesi.info-ya onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, bəraət hökmünü Ali Məhkəmə çıxarıb: “Birinci instansiya məhkəməsi Telman bəyə 3 il 7ay cəza təyin etmişdi. Bunun 2 il 3 ay sınaq müdəti ilə təyin olunmuşdu. Biz nəhayət ki, sonuncu instansiya məhkəməsində onun günahsız olduğuna nail ola bildik”.
Günay
Gununsesi.info