Millət vəkili Rəfael Cəbrayılov Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranları və əlillərinin, milli qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edir.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı dəyişiklər müzakirə olunub. Müzakirələr zamanı çıxış edən millət vəkili Rafael Cəbrayılov təklif edib ki, Rusiyada olduğu kimi, əlil və müharibə veteranlarına, milli qəhrəmanlara maşın parklanması pulsuz olsun:
“Əlillərə, müharibə veteranlarına, milli qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz hətta, Qarabağ müharibəsi iştirakçılarına da maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insanların, milli qəhramanların da Rusiya qanunvericiliyində olduğu kimi, maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq”.
Mürtəza
Gununsesi.info